Nazarbayev Qarabağdan danışdı - Yardım edilib


12:32     30 Aprel 2019 nazarbayev77.jpg

Qazaxıstan ərazisində yaşayan etnik qrupların dillərinin öyrənilməsi vacibdir. Etnik münaqişələr güclü dövlətlərin dağılmasına gətirib çıxarır.


Femida.az xəbər verir ki, bu sözləri aprelin 29-da Qazaxıstan Xalqlar Assambleyasının XXVII sessiyasının iclasında çıxış edən ölkənin birinci Prezidenti Nursultan Nazarbayev deyib. Qazaxıstanın dünyada sülhməramlı dövlət kimi tanındığını bildirən N.Nazarbayev ölkənin bütün yaxın və uzaq qonşular arasında etibar qazandığını diqqətə çatdırıb. “Ölkəmiz Dağlıq Qarabağ, Pakistan-Hindistan, İran-Suriya, Rusiya-Türkiyə gərginliklərinin azaldılmasına yardım edib. Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”, - deyə o, əlavə edib.

Qeyd edək ki, N.Nazarbayevin sədri olduğu XXVII sessiyanın “Sülh və həmrəylik formulu: sosial birlik və modernləşmə” mövzusunda keçirilən iclasında ölkənin bütün vilayətlərindən etnik mədəniyyət mərkəzlərinin 1500-dən çox nümayəndəsi iştirak edib.

Femida.az

Açar sözlər: #Qarabağ   #Nazarbayev  

Oxunub: 358