Telefon oğrusu saxlanıldı


12:54     30 Aprel 2019 telefon2.jpg

Nizami RPİ-nin 25-ci Polis Bölməsinə Q.Qarayev prospektindəki mağazaların birindən 10 ədəd mobil telefonun oğurlanması barədə müraciət daxil olub.


​DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və oğurluğun mağazanın qapısını gərib açmaq yolu ilə törədildiyi müəyyən edilib.

​Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov polis əməkdaşları tərəfindən saxlanılıb. ​Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Oğurluq   #Soyğun  

Oxunub: 405