İlham Əliyev “Rossiya 24”ə müsahibə verdi - VİDEO


14:31     30 Aprel 2019 2019/04/prezident_1556620295.jpg

Rusiyanın “Rossiya 24” telekanalı “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-Prisindən reportaj hazırlayıb.


Femida.az -ın xəbərinə görə, telekanalın əməkdaşı Boris Maqsudov Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə alıb.

Dövlət başçısı müsahibəsində qeyd edib ki, Bakıda baş tutan yarışı təxminən yarım milyard insan izləyib:

“İlk yarışmadan sonra turizm sahəsində 22 faiz, ikincidən sonra isə 20 faiz artım olub. Buna görə də bu, ölkəyə, şəhərə böyük gəlir gətirir. Hesablamalara görə, Azərbaycan “Formula 1”dən artıq təxminən 300 milyon dollar gəlir əldə edib”.




Maqsudov eyni zamanda, Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo və “Red Bull Racing Honda”nın hollandiyalı pilotu Maks Ferstappendən qısa müsahibə alıb.

Açar sözlər:

Oxunub: 263