“Azərkosmos”un gəlirləri açıqlandı


15:43     30 Aprel 2019 1436532434_resizedimage400300-azerkosmos400_2.jpg

Bu ilin yanvar-mart aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 17 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Femida.az-a verilən məlumata görə, cari ilin üç ayında "Azərkosmos" peyk telekommunikasiya xidmətlərinin ("Azerspace-1") ixracından 7,6 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 85%-ni təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,2 dəfə artıb.

Bu ilin mart ayında isə "Azərkosmos" dünyanın 17 ölkəsinə 5,5 milyon dollar dəyərində xidmət ixrac edib. "Azərkosmos"un 2019-ci ilin yanvar-mart aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, BƏƏ, Almaniya və Birləşmiş Krallıq olub.

Femida.az

Açar sözlər:

Oxunub: 372


Oxşar xəbərlər