Türkiyənin alış-veriş saytlarında Azərbaycan kartları niyə tanınmır? - AÇIQLAMA
16:03 30 Aprel 2019
“Müəyyən risklərə görə ödəmə kartları vasitəsilə gələn maliyyə axınlarını bağlayan ölkələr var, və bu problemi aradan qaldırılması üçün hər bir bank və ticarət nöqtəsi ilə ayrı-ayrılıqda iş aparılmalıdır. Kartlar qəbul edilmirsə, bu, ödəmə sistemi qaydalarının pozulması deməkdir”.
FED.az xəbər verir ki, bunu VİSA şirkətinin Baş vitse-prezidenti, MDB və Cənub-Şərq Avropa ölkələri (CİSSEE) üzrə direktoru Vera Platonova Türkiyənin bəzi saytlarının onlayn ticarət zamanı Azərbaycan banklarına məxsus plastik kartları qəbul etməməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
V.Platonova qeyd edib ki, təmsil etdiyi şirkət Azərbaycan banklarına məxsus plastik kartların tanınması üçün VİSA şirkəti danışıqlar aparır: “Biz hazırda bu iş üzərində çalışırıq və belə hallar gördükdə Azərbaycan bankalarının xəbərdarlıq etmələrini xahiş edirik, belə olduqda izləmək daha asan olur".
Qeyd edək ki, bir müddət öncə “Mastercard” şirkəti açıqlama yayaraq bildirmişdi ki, Azərbaycan banklarına məxsus “Mastercard” istifadəçilərinin Türkiyə alış-veriş saytlarından rahat istifadə etməsi üçün həmin saytlarla razılıq əldə edib. / fed.az
Femida.az
Oxunub: 368
Oxşar xəbərlər
- Salyanda vətəndaşların kartlarından pul oğurlayan şəxs saxlanılıb
- Bakıda evdən bank kartı oğurlanıb
- Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb"
- Bakıda vətəndaşın cibindən bank kartını oğurlayan şəxs saxlanılıb
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub
- Laçın sakinlərinin bank kartlarından pul çıxaran şəxslər saxlanılıb
- Bank kartlarından pul oğurlayan “Arsenics” saxlanılıb - VİDEO
- İrandan gətirilən 64 ton kartof geri qaytarılıb
- Kolumbiyanın ən böyük narkokartel başçısı saxlanılıb
- Azərbaycana gətirilən kartofa yeni tələblər müəyyən edilib