Astarada torpaq sürüşməsi baş verdi - 3 ev tam qəzalı vəziyyətə düşdü
17:58 30 Aprel 2019
Astara rayonunda baş verən torpaq sürüşməsi nəticəsində 3 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə Astara rayon İcra Hakimiyyətinin baş memarı Balacan Həbibov məlumat verib.
Onun sözlərinə görə, sürüşmə əsasən dağlıq və dağətəyi kəndlərdə müşahidə olunub:
"Sürüşmə nəticəsində rayonun Kijəbə qəsəbəsində həm yol sürüşüb, həm də fərdi təsərrüfatlara ziyan dəyib, evlərdə çatlar əmələ gəlib. Hadisə nəticəsində Kijəbə qəsəbəsi və Siyaku kəndinin hər birində 1 ev tam qəzalı vəziyyətə düşüb. Həmin ailələr müvəqqəti olaraq qohumlarının evinə köçürülüb. Daha sonra onların müvəqqəti məskunlaşması üçün çadırlar sifariş vermişik. Asxanakəran, Pəlikəş, Hamoşam, Təngərud, Şüvi kəndlərində də torpaq sürüşməsi baş verib. Bu gün daha bir evin qəzalı vəziyyətə düşməsi barədə rayon Fövqəladə Hallar Komissiyasına müraciət daxil olub. Hazırda komissiya üzvləri həmin əraziyə baxış keçirir".
Baş memar bildirib ki, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşmə zonalarına baxış keçirib, dəymiş ziyanla bağlı akt tərtib edilib".
Femida.az
Oxunub: 535
Oxşar xəbərlər
- Nepalda daşqın və torpaq sürüşmələrində 88 insan ölüb, 30 nəfər itkin düşüb
- Qubada torpaq sürüşməsi baş verib, 10 ailə köçürülüb
- Astarada torpaq sürüşməsi baş verib
- FHN Badamdardakı sürüşmə ilə bağlı məlumat yaydı
- Badamdarda sürüşmə davam edir
- Bakıda sürüşmə baş verib, evlərə ziyan dəyib - VİDEO
- Mingəçevirdə məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə olub
- Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb
- Badamdarda sürüşmənin qarşısını almaq üçün layihənin icrasına başlanılıb
- Azərbaycanda torpaq sürüşməsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb