Azərbaycanın sərhəd döyüş məntəqələri atəşə tutulub


19:11     30 Aprel 2019 big_1403499351_cebhe.jpg

Aprelin 29-30-da Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri günün müxtəlif vaxtlarında Ermənistanın silahlı qüvvələrinin bölmələri tərəfindən bir neçə istiqamətdən iriçaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.
DSX-nin Mətbuat mərkəzindən Femida.az -a verilən məlumata görə, bölmələrimizin atəşə tutulduğu Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açılıb.

Açar sözlər:

Oxunub: 414