“ASAN ödəniş”sistemi operatorunun funksiyaları artırılıb


19:43     30 Aprel 2019 19_04_30_1556638085.jpg

“ASAN ödəniş” sistemi operatorunun funksiyaları artırılıb.

Femida.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında Fərmanında əksini tapıb.

Fərmana aşağıdakı məzmunda 4.0.10-1 və 4.0.11-1-ci yarımbəndlər əlavə edilib.

4.0.10-1. Sistem iştirakçısının sistemə göndərdiyi nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonu sistem istifadəçisinin elektron kabinetinə yerləşdirmək (yerləşdirilmə vaxtını göstərməklə) və bu barədə sistem istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə və elektron ünvanına (olduğu halda) məlumat göndərmək;

4.0.11-1. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonun sistem istifadəçisinin elektron ünvanına çatdırıldığı barədə səlahiyyətli sistem iştirakçısını real vaxt rejimində məlumatlandırmaq;

Qeyd edək ki, “ASAN ödəniş” sistemi operatoru - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzidir.

Açar sözlər:

Oxunub: 471