“Əhalinin 85 faizi güzəştli tarifdən istifadə edəcək” - Nazir

“Əhalinin 85 faizi güzəştli tarifdən istifadə edəcək” - Nazir


19:59     30 Aprel 2019 19_04_30_1556638633.jpg

"Bu günədək 1,5 milyon abonent (6 milyon vətəndaş) təbii qazla bağlı güzəştli tarifdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (1,2 milyondan çox vətəndaş) güzəştlərdən istifadə edəcək"
Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev qazdan istifadə limitinin artırılması ilə bağlı açıqlamasında deyib.

Nazirin sözlərinə görə, əhalinin 85 faizi güzəştli tariflərdən yararlanacaq: "Əvvəlki rejimdə abonentlərin 70 faizi güzəştli tariflərdən istifadə edirdisə, Tarif Şurasının yeni qərarından sonra bu hədd 85 faizə yüksələcək".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı əhali qrupu üzrə təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə artırılıb.

Açar sözlər:

Oxunub: 196


Oxşar xəbərlər