Göyçay sakinini ilan sancıb


20:20     30 Aprel 2019 19_04_30_1556638962.jpg

Göyçayda növbəti ilansancma hadisəsi qeydə alınıb.

Femida.az -ın xəbərinə görə, hadisə rayonun Şahsoltanlı kəndində baş verib.

Kənd sakini 47 yaşlı Hakim Nuriyev heyvanları otararkən qəflətən onu ilan sancıb. Qardaşı dərhal onu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıb, ona zəhərə qarşı zərdab vurulub. Hazırda xəstəxanada müalicə olunan Hakim Nuruyevin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, bu ay Göyçayda ilansancma ilə əlaqədar 2 nəfər xəstəxanaya müraciət edib.

Açar sözlər:

Oxunub: 449