İki teatra “akademik” statusu verildi


09:12     01 May 2019 19_05_01_1556688098.jpg


Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.


Femida.az xəbər verir ki, bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə bildirilir.

Femida.az

Açar sözlər: #teatr  

Oxunub: 353