Neftçalada yanğın olub


09:49     01 May 2019 yangin_38673636.jpg

Neftçala rayonunun Bankə qəsəbəsində ümumi sahəsi 80 m² olan tikilinin (mağaza və çayxana kimi fəaliyyət göstərir) tavanı 40 m² sahədə və içərisində 4 ədəd stul yanıb.

Femida.az FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 275