Azərbaycan Qran-prisində iki pilotun maşınlarının qəza anının yeni görüntüləri yayılıb - VİDEO


10:20     01 May 2019 2019/05/38dd0d8b-9ae6-4c21-b5fc-0b065d3a750e_1556691702.jpg

"Formula 1"in mətbuat xidməti "Reno"nun avstraliyalı pilotu Daniel Rikkardo ilə "Toro Rosso"nun rusiyalı sürücüsü Daniel Kvyat arasında Azərbaycan Qran-prisində baş vermiş insidentin video-təkrarını yayıb.


Femida.az xəbər verir ki, göyərtə kameralarından çəkilmiş görüntülərdə 10-cu yer uğrunda mübarizə aparan Rikkardonun Kvyata hücum etdiyi əksini tapıb. Lakin həmin epizodda o, döngədən keçə bilmir və üstəlik, Kvyatın ora girişini bloklayır. Daha sonra "Reno" pilotu baxmadan maşınını arxaya verir. Nəticədə o, Kvyatın maşınını vurur. Bununla da hər iki pilot yarışdan kənarda qalıb.

Yarışdan sonra Rikkardoya 10 - 12 mayda Barselonada keçiriləcək İspaniya Qran-prisinin qrid düzülüşündə 3 mövqe geridə başlama cəzası verilib.


Açar sözlər:

Oxunub: 827