Nazirlik yoxlama apardı- Məktəb direktoru işdən çıxarıldı


10:53     01 May 2019 19_05_01_1556693702.jpg

Təhsil Nazirliyinin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad edilib.


Femida.az xəbər verir ki, bu barədə ONA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Açar sözlər:

Oxunub: 578