Yasamalda oğurlanan “Niva” tapıldı


11:12     01 May 2019 2019/05/nivaaa_1556695055.jpg

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.


​DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Abşeron rayon sakini A.Rüstəmov olduğu müəyyən edilib. ​Araşdırma aparılır.

Femida.az

Açar sözlər: Yasamal   Niva  

Oxunub: 327