ABŞ-ın İran ərazisində film kimi əməliyyatı: Diplomatlar ölkədən necə qaçırılıb? (VİDEO)


11:36     01 May 2019 2019/05/627968_1556696280.jpg

İran şahı Məhəmməd Rza Pəhləvi və arvadı ölkədən qaçanda ABŞ-ın onlara sığınacaq verməsi İranda etirazlara səbəb olur. Etirazçılar ABŞ səfirliyinə hücum edərək işçiləri girov götürürlər. Qaçaraq xilas olan 6 ABŞ vətəndaşı isə Kanada səfirliyində gizlənir.


Səfirlik işçilərinin girov götürülməsi, ABŞ üçün utancverici bir hadisə idi. Qısa zaman sonra inqilab keşikçiləri 6 nəfərin qaçdığını anladı və onların axtarılması üçün işlərə başlanıldı.ABŞ-da isə CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) iclası keçirildi və 6 nəfərin mütləq sağ-salamat ABŞ-a qaytarılması planı hazırlandı. ABŞ-ın qaçan işçiləri mütləq geri qaytarmaq istəməsinin əsas səbəbi o idi ki, qaçan 6 nəfər digərlərindən fərqli olaraq həbs ediləcəkləri halda edam ediləcəkdilər. Bu isə ABŞ üçün böyük rəzalət olacaqdı. İran 6 səfirlik işçisinin casus olduqları üçün qaçdıqlarını düşünürdü. CIA qısa zamanda bir neçə plan hazırladı. Planları təklif edən CIA səlahiyyətliləri rəhbərliyə ətraflı məlumat verdilər. Lakin bütün planlar uğursuzluğa düçar ola biləcəyi üçün ləğv edildi və yenidən əməliyyat planının hazırlanması tapşırıldı. Sonda əməliyyat planı hazırlandı. İş Antonio Joseph Mendez ("Toni") adlı bacarıqlı bir casusa tapşırıldı. Plana görə Toni Mendez Kanada pasportu ilə İrana getməli və orada guya çəkəcəyi film barədə bəzi yerlərə baxmalı idi. Daha sonra Mendez, Kanada səfirliyində gizlənmiş 6 səfirlik işçisi ilə əlaqə yaratmalı və onlara hazırlanmış 6 saxta Kanada pasportunu verməli idi. Bir neçə gün sonra isə bu pasportlar sayəsində Mendez onları ölkədən çıxarmalı idi.

Həmin 6 şəxsi İrandan qaçırmağı bacaran inanılmaz "Arqo" əməliyyatı ilə bağlı Femida.az "Belə-belə işlər" səhifəsinə istinadən maraqlı video məlumatı təqdim edir:


Açar sözlər: #ABŞ   #İran  

Oxunub: 2619