Turizm brendimiz Dubayda 6 nominasiya üzrə qalib oldu
12:31 01 May 2019
Azərbaycanın yeni turizm brendi dünyanın nüfuzlu “Transform” jurnalı tərəfindən hər il təşkil olunan mükafatlandırma mərasimində 6 nominasiya üzrə qalib elan olunub.
Femida.az bildirir ki, “Landor” şirkəti tərəfindən hazırlanan brend “Brend stilinin (hədəf kütlə ilə ünsiyyətin) ən yaxşı istifadəsi”, “Ən yaxşı məkan brendi və ya milli brend”, “Səyahət, istirahət və turizm sahəsi üzrə ən yaxşı vizual görüntü” nominasiyaları üzrə qızıl, “Vizuallığın ən yaxşı istifadəsi” nominasiyası üzrə bürünc mükafatı qazanıb.
Bundan əlavə, “Brend yaradılması layihəsinin ən yaxşı tətbiqi” nominasiyası üzrə - “yüksək tərifəlayiq” statusu ilə təltif olunub.
Tədbirin əsas mükafatlarından olan, unikal yanaşma və xarakter baxımından brendin təmsil etdiyi məkanın ən yaxşı təqdimatı üzrə verilən “Ən yaxşı vizuallıq” nominasiyası Azərbaycanın yeni turizm brendinə təqdim olunub.
Məlumat üçün bildirək ki, “Transform” jurnalı brend yaradılması və rebrendinq üzrə yeniliklərin paylaşıldığı, dünya üzrə bütün sahələrə aid imicin idarəedilməsi, brendlərin yenilənməsi və tətbiqi, dizayn, korporatv kommunikasiya və s. kimi məqamlar haqqında xəbərlərin yerləşdirildiyi qlobal nəşr orqanı kimi fəaliyyət göstərir. Rüblük olaraq nəşr edilən jurnalın London, Dubay, Nyu-York və Honq Konqda hər il mükafatlandırma mərasimi təşkil olunur.
Azərbaycan turizminin qlobal bazarda tanıdılması üçün hazırlanan yeni turizm brendinin əsas simvolları - bir-birilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüar dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Yeni brendin dünya ictimaiyyətinə təqdimatı 2018-ci ilin noyabrında Londonda keçirilən “Dünya Səyahət Bazarı” (London WTM) sərgisində baş tutub.
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- Suqovuşan Turizm Kompleksinin tikintisinə 5 hektar ərazi ayrılıb
- Azərbaycana turist kimi gələn əcnəbilər turizm vizası alacaqlar
- Naxçıvanın turizmi hədəf bazarlarda təbliğ olunacaq
- "Biz Hadrutu beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmindəyik”- Dövlət başçısı
- Azərbaycan daha 3 ölkədə turizm nümayəndəliyi açmaq istəyir
- Mingəçevir Turizm Kolleci publik hüquqi şəxsə çevriləcək
- Dövlət Vergi Xidməti turizm nümayəndələri ilə görüş keçirib
- Şəki və Lahıc qoruqlarında Respublika Günü münasibətilə tədbirlər keçiriləcək
- Qarabağın turizm potensialı Dubayda nümayiş olunur
- Prezident və birinci xanım təməlqoyma mərasimində