AQTA sahibkarlar üçün onlayn qeydiyyat imkanı yaratdı

AQTA sahibkarlar üçün onlayn qeydiyyat imkanı yaratdı


12:39     01 May 2019 19_05_01_1556700131.jpg


Bu gündən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatının və reyestrə daxil edilməsinin onlayn qaydada həyata keçirilməsinə başlayıb.


Femida.az xəbər verir ki, bu məqsədlə Agentlik tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) istifadəyə verilib.

Portala bu linkdən keçid edə bilərsiz: AQTİS

Elektron sistem vasitəsi ilə qida təhlükəsizliyi qeydiyyatından keçmək istəyən sahibkarlar müvafiq idarəyə gəlmədən, Agentliyin rəsmi internet saytına daxil olub onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Sistemə giriş ASAN İmza, Elektron imza və FİN kod vasitəsilə həyata keçirilir. Həmçinin sahibkarlar banka getmədən müvafiq dövlət rüsumlarını da şəxsi kabinet vasitəsi ilə ödəmək imkanı əldə edirlər.

Qida təhlükəsizliyi qeydiyyatının onlayn qaydada həyata keçirilməsi ilk növbədə vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, sahibkarların vaxt itkisinin qarşısını almaq, bu sahədə operativlik və şəffaflığı artırmağa imkan verəcək.

Femida.az

Açar sözlər: #AQTA   #qida   #Aqti  

Oxunub: 279