Bulvarda ağacları kəsən tikinti şirkətinin işi Prokurorluğa göndərildi
13:11 01 May 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində köküstə yaş 7 şam ağacının kəsildiyi aşkar edilib.
Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə,araşdırma zamanı ağacların "Əmioğulları-4” MMC tərəfindən yaşayış binasının tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı kəsildiyi müəyyən olunub.
Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.
Oxunub: 515
Oxşar xəbərlər
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub
- Bakıda özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub
- Qadınları cinsi istismara məruz qoyan şəxslərə hökm oxunub
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan şəxsə hökm oxunub
- Abşeronda piyadanı vuraraq öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
- Bakıda arvadını məftillə boğaraq öldürən şəxsə hökm oxunub
- Dələduzluqda təqsirləndirilən qadına hökm oxunub