ANAMA 1 aylıq hesabatını açıqladı


15:30     01 May 2019 2019/05/anama-1556709957_1556710330.jpg

2019-cu ilin aprel ayı ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 463,789 m² (46.38 ha) ərazi yoxlanılıb, 403 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8,356 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Femida.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, əməliyyatlarda 474 nəfər əməliyyat heyəti, 131 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 533,899,219 m² (53,389.92 ha) ərazi təmizlənib, 803,299 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 4 (dörd), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 14 (on dörd), Dövlət Sərhəd Xidmətindən (DSX) - 7 (yeddi) və Rayon Polis Şöbələrindən (RPŞ) – 2 (iki) müraciət daxil olub (cəmi: 27 çağırış).

Müraciətlər əsasında 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 13,280 kv.m ərazi yoxlanılı, 263 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8,356 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 470