AzTV-nin yeni sədri köhnə diktorları telekanala işə çağırdı


15:40     01 May 2019 2019/05/aztv1556707063_1556710942.jpg

Azərbaycan Dövlət Televiziyasının sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov vaxtilə AzTV-də işləmiş radio və televiziya diktorlarını görüşə dəvət edib.

Femida.az xəbər verir ki, bu barədə görüşdə iştirak etmiş tanınmış diktor Nailə İslamzadə məlumat paylaşıb.

"Bu gün AzTv-nin sədr müavini və sədr səlahiyyətlərini icra edən Rövşən müəllim bizi, radio və televiziya diktorlarını, görüşə dəvət etdi. İllərlə nəinki efirə, AzTv-nin həyətinə girməyə belə həsrət qalan diktorlara birlikdə işləmək və təcrübələrindən faydalanmaq istədiyini bildirdi. Onun bizə verdiyi dəyər, əslində onun özünü ucaltdı"-, deyə N.İslamzadə bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 925