Prezident dünənki iclasda nələrə işarə etdi? - ŞƏRH


16:21     01 May 2019 19_05_01_1556713313.jpg

İslahatların həyata keçirilməsi heç də asan məsələ deyil.


Femida.az xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədri Səməd Seyidov aprelin 30-da ölkə prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının islahatlar prosesi və Qarabağ məsələsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

“Cənab prezidentin çıxışı həddindən artıq əhəmiyyətli, vacib və ölkədə gedən proseslərlə bağlı xüsusi məna daşıyan çıxış kimi qiymətləndirilməlidir”, - deyən komitə sədri bəzi məqamlara toxunub.

“Birincisi, ölkə prezidenti islahatlar haqqında danışarkən, prosesin mütləq davam etdirilməsi və islahatlara alternativin olmaması haqqında fikir bildirdi.

İkincisi, islahatlarla bağlı çox ciddi məsələ ondan ibarətdir ki, bu prosesin aparılması, həyata keçirilməsi heç də asan məsələ deyil.

Bu, çox gərgin, gündəlik iş, zəhmət tələb edən bir məsələdir.

Üçüncüsü, islahatlarla bağlı həyata keçirilən, tövsiyə olunan məsələ ondan ibarətdir ki, proses artıq öz bəhrəsini verməyə başlayıb.

Biz artıq islahatlarla bağlı müsbət nəticələri görürük.

Dördüncüsü, iclasda da deyildiyi kimi, dünya dəyişir, Azərbaycan dəyişir və yüksək səviyyədə inkişaf edir.

Bu baxımdan da dünyada gedən proseslərin, yeniliklərin Azərbaycanda daha yüksək səviyyədə həyata keçirilməsi vacibdir.

Yəni, bunlar hamısı nəticə etibarı ilə Azərbaycanın dünya ölkələrinə inteqarasiya etməsinin və etdirilməsinin əsasını, bünövrəsini, fəlsəfəsini yaradan bir məsələdir”, - deyə S.Seyidov bildirib.



Qarabağ məsələsi ilə bağlı prezidentin fikirlərinə gəlincə, S.Seyidov burada da konkret mesajların və işarələrin olduğunu bildirib.

“Baxın, görün dövlət başçısı nə qədər vacib məsələlərə işarə etdi və fikirlərini də çox konkret şəkildə bildirdi.

Birincisi, heç vaxt heç kim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını şübhə altına ala və bu heç bir zaman danışıqlar prosesinin predmeti kimi ortaya gətirilə bilməz.

İkincisi, bu danışıqlara xələl gətirmək, prosesə zərbə vurmaq, formatı dəyişdirmək, bunları hansısa formada başqa istiqamətə döndərmək kimi məsələlər artıq gündəmdən çıxıb.

Ozü də məhz bizim səylərimiz, dövlət başçının özünün qətiyyəti nəticəsində bu məsələ gündəmdə yoxdur.

Bununla yanaşı, biz öz mövqeyimizdə qalaraq, ordumuzu gücləndiririk, iqtisadiyyatımızı gücləndirik, inkişafımızı təmin edirik”, - deyə S.Seyidov sonda sözlərinə əlavə edib.

Açar sözlər:

Oxunub: 427