Türkiyəyə turpaketlərin qiymətləri bahalaşıb
17:50 01 May 2019
Azərbaycanda bu yay turizm mövsümü üçün Türkiyəyə turpaketlərin qiymətləri ötən yayla müqayisədə bahalaşıb.
Femida.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, artıma Türkiyə istiqamətinə marağın artması və bunun nəticəsi olaraq, Türkiyə hotellərində otaq nömrələrinin qiymətlərinin bahalaşması səbəb olub:
"Bu il Türkiyəyə Rusiya, Ukrayna və s. istiqamətlərdən güclü turist axının olacağı gözlənilir. Bu axınla əlaqədar artıq Türkiyənin bəzi hotellərində yay mövsümü üçün yer qalmayıb. Hotellərdə otaq sayı məhdud olduğu üçün qiymətlər bahalaşdırılıb”.
N.Bağırov Türkiyə hotellərində qiymətlərin 5-15 faiz civarında artdığını söyləyib. O, əsas artımın Türkiyənin Egey dənizi sahillərindəki kurort ərazilərində - Bodrum və Antalyadakı hotellərdə qeydə alındığını əlavə edib.
Assosiasiya sədri, Türkiyənin Azərbaycan turistlərinin yay mövsümü ərzində ən çox səfər etdikləri ölkə olduğunu da xatırladıb.
Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib. Bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur. Ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.
Femida.az
Oxunub: 376
Oxşar xəbərlər
- Türkiyəyə göndərilən daha 10 qazi Vətənə dönüb
- Türkiyəyə gedən azərbaycanlıların sayı kəskin artıb
- Türkiyəyə əlavə yanğınsöndürən heyəti göndəriləcək
- Türkiyəyə göndərilən daha 4 qazimiz sağalaraq Vətənə dönüb
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edənlərə VACİB XƏBƏR - VİDEO
- Türkiyəyə göndərilən daha 2 qazi Vətənə döndü - FOTO
- Türkiyəyə göndərilən daha 2 qazi sağalaraq Vətənə döndü
- Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etməyin QAYDLARI
- Türkiyəyə yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə getmək olacaq
- Türkiyəyə koronavirus vaksinlərinin növbəti hissəsinin tədarükü başlanır