Göyçayda yeni doğulan körpə öldü


19:04     01 May 2019 klinika.jpg

Göyçay rayonunda yeni doğulmuş körpə ölüb.

Hadisə bu gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayonun Şahsoltanlı kənd sakini Tünzalə Quliyeva doğuş sancıları ilə Qaraməryəm kənd tibb məntəqəsinə aparılıb. Ana burada təbii yolla oğlan uşağı dünyaya gətirib. Lakın bir gün sonra körpənin vəziyyəti ağılaşıb və Göyçay Rayon Mərkəzi Xəstənasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu ananın üçüncü hamiləliyi olub. /Report

Femida.az

Açar sözlər: #Göyçay  

Oxunub: 413