Sumqayıtda yaşayış binasında yanğın olub, 12 nəfər təxliyyə edilib


21:27     01 May 2019 19_05_01_1556729941.jpg

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Femida.az -IN məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda ev 4-də baş verib. Belə ki, blokların birinin 3-cü mərtəbəsində elektrik sayğacları yerləşən qutuda 8 ədəd sayğac, elektrik açarları və 6 paqonometr kabel yanıb. Yuxarı mərtəbələrdən tüstülənmiş mənzillərdən 12 nəfər sakin təhlükəsiz əraziyə təxliyyə olunub.

Hadisə yerinə 2 ədəd yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Açar sözlər:

Oxunub: 350