Penitensiar xidmətdə Komissiyanın növbəti iclası keçirilib
21:43 01 May 2019
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Baş idarəsində “Məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı penitensiar müəssisələrin vəzifələrinin icrası üzrə müvəqqədi Qaydalar”ın icrası ilə əlaqədar aprel ayı ərzində Penitensiar müəssisələrdə keçirilmiş iclasların müzakirəsi məqsədilə Komissiyanın növbəti iclası keçirilib.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az a verilən məlumat görə, iclasda cəzaçəkmə müəssisələrində alt komissiyaların qəbul etdikləri müxtəlif protokollardan müəssisə rəislərinin şikayətləri dinlənilmiş, həmçinin komissiyanın narazılıqla qarşılanan qərarları sədr tərəfindən üst komissiyanın müzakirəsinə çıxarılıb.
Toplantının sonunda komissiya zamanı rast gəlinən müxtəlif çatışmazlıqların qaydalarda əks etdirilməsi üçün təkliflər irəli sürülmüş və qarşıda duran vəzifələr müzakirə edilib.
Oxunub: 320
Oxşar xəbərlər
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- Penitensiar xidmət Saleh Rüstəmovun son durumunu açıqlayıb
- Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
- Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı
- Penitensiar xidmətin əsgəri özünü güllələyərək intihar edib
- Şorun içində həbsxanaya narkotik keçirmək istədi
- Penitensiar Xidmətin həbsxanasında nöqsanlar aşkarlandı
- Penitensiar xidmət qətlə yetirildiyi iddia edilən məhkumun ölüm səbəbini açıqlayıb
- Fəxrəddin Abbasov həbsxanada intihar edib
- Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yumurtanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb