Şimal dənizində neft platformasında yanğın baş verib


21:55     01 May 2019 2019/05/b55d80e0-4e79-474b-bd00-b16d3065b464_1556730158.jpg

Şimal dənizində Norveçin “Equinor” neft-qaz şirkətinin işlətdiyi “Snorre B” neft hasilatı platformasında yanğın baş verib.

Femida.az TASS-a istinadən xəbər verir ki, Norveçin cənub xilasetmə xidmətlərinin əlaqələndirmə mərkəzindən verilən məlumata görə, platformadan alov və tüstü çıxmağa başlayanda işlər dayandırılıb: “Görünür, vəziyyəti nəzarətə almaq mümkün olur”.

“Reuters” “Equinor” şirkətinin nümayəndəsinə istinadən xəbər verir ki, yanğın başlayan vaxt platformada iş olmayıb, hələ mart ayında təmir üçün hasilat dayandırılıb.

Açar sözlər:

Oxunub: 395