Azərbaycanda yaşı 100-dən çox olanların SAYI açıqlandı
09:38 02 May 2019
Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Femida.az -ın sorğusuna cavab olaraq bildiriblər ki, ölkədə yaşı 100 və daha çox olanların sayı artıb.
2015-ci ildə Azərbaycanda yaşı 100 və 100-ü keçmiş 619 nəfər olub. 2016-cı ildə 626, 2017-ci ildə 683, 2018-ci ildə 749 nəfərin yaşı 100-dən çox olub. 2019-cu il yanvarın 1-ə olan məluamat görə isə Azərbaycanda yaşı 100 və 100-dən çox olan insanların sayı 880 nəfərə çatıb.
Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, "Ginnesin Rekordlar Kitabı"na yalnız yaşının verifikasiyası aparılmış şəxslər daxil edilə bilər. Hazırda dünyanın rekordlar kitabına düşən ən yaşlı sakini 112 yaşlı yapon Masadzo Nonakadır, Azərbaycanda isə indiyə qədər yaşı verifikasiya edilmiş uzunömürlülər arasında hələ ki "Ginnesin Rekordlar Kitabı"na düşə biləcək şəxs yoxdur".
U.Həşimova əlavə edib ki, çox zaman uzunömürlülərin şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi öz təsdiqini tapmır.
Onun sözlərinə görə, 1925-ci ilə qədər doğulan uzunömürlülərin təxminən 70 faizinin əsl yaşı ilə sənəddə göstərilən yaşı üst-üstə düşmür. 1925-ci ildən sonra müəyyən rəsmi dövlət qeydiyyat idarələri fəaliyyətə başladığından, ondan sonra doğulanların yaşı daha dəqiq yazılıb.
Femida.az
Oxunub: 360
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib