Ağstafada yanğın olub


09:43     02 May 2019 2018/06/yangin_yeni_1530192086.jpg

Ağstafa rayonunun Poylu qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.


Femida.az FHN-in saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 257