Rüstəm Usubov vətəndaşları qəbul edəcək
10:56 02 May 2019
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il mayın 11-də saat 10:00-da Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhər, Yevlax və Bərdə rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Femida.az
Oxunub: 427
Oxşar xəbərlər
- Rüstəm Usubov Tovuzda vətəndaş qəbulu keçirəcək
- Rüstəm Usubov Cəlilabadda vətəndaşları qəbul edəcək
- Rüstəm Usubov İmişlidə vətəndaşları qəbul edəcək
- Rüstəm Usubov Ağstafadakı olayla bağlı: Qisas almaq niyyətinə düşüb və cinayəti törədib
- Rüstəm Usubov qəbul keçirəcək
- Rüstəm Usubov "Diqlas"a gəldi - FOTO
- Rüstəm Usubov Tacikistana getdi
- Rüstəm Usubov MDB-nin iclasında
- Rüstəm Usubov Sloboda ilə görüşüb