Polis Bodrovu saxladı - Üzərindən marixuana çıxdı


11:19     02 May 2019 polis_478756754646.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Narkotik   #Marixuana   #Heroin   #Polis   #DİN   #Araşdırma  

Oxunub: 319