Avroliqanın final biletləri satışa çıxarıldı
11:27 02 May 2019
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa biletlər məhdud sayda satışa çıxarılıb.
Təşkilat Komitəsindən Femida.az-a verilən məlumata görə, bu gündən 5000 bilet satışda olacaq. Futbolsevərlər şəxsiyyət vəsiqələri ilə iTicket.az-ın “Gənclik Mall” və “Port Baku Mall”da yerləşən kassalarına yaxınlaşaraq bilet əldə edə bilərlər.
Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 AZN (140 AVRO), ikinci kateqoriya 180 AZN (90 AVRO), üçüncü kateqoriya 100 AZN (50 AVRO), dördüncü kateqoriya isə 60 AZN (30 AVRO) dəyərində olacaq.
Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet əldə edə bilər.
Qeyd edək ki, adına bilet alacağınız şəxslərin də şəxsiyyət vəsiqələrini təqdim etməyiniz mütləqdir.
Amin Nəzərli
Femida.az
Oxunub: 474
Oxşar xəbərlər
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Azərbaycanda futbolçu faciəvi şəkildə öldü-FOTO
- Ukraynada 16 yaşlı futbolçu anası ilə birgə öldürülüb
- Ukraynada ölən futbolçuya qəhrəman adı verilib
- Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açılıb
- Gənc futbolçu silah və narkotik saxladığı üçün həbs olunub
- Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşüb
- Komada olan erməni futbolçu ölüb
- Azərbaycanda veteran futbolçu vəfat edib
- Əfqanıstanlı futbolçu ölkəni tərk etmək istəyərkən vəfat edib