Ağdaşda əsgərin qaydışını qeyd edən şəxslər xəstəxanalıq oldu
11:30 02 May 2019
Ağdaş rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib
Femida.az -ın ona.az-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Ləki kəndində qeydə alınıb.
Kənd sakini olan bir çağırışçının hərbi xidmətdən qayıtması münasibətilə təşkil olunmuş mərasimdə iştirak edən qonaqlardan 14 nəfərin yeməkdən sonra halı pisləşib. Onlardan 8 nəfərə zəhərlənmə əlamətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib.
Qalan 6 nəfəri - Pirəzə kənd sakini, 2000-ci il təvəllüdlü Mustafayeva Rəqibə Söhrab qızı, Aşağı Ləki kənd sakinləri - 1990-cı il təvəllüdlü Abdullayeva Bibixanım Feruz qızı, 1960-cı il təvəllüdlü Abdullayev Abdulla Abdurrəhman oğlu, 1984-cü il təvəllüdlü Abdullayeva Nigar Namizəd qızı, 1996-cı il təvəllüdlü Abdullayeva Zərifə Teyyub qızı və 1988-ci il təvəllüdlü Abdullayev Orxan Yaşar oğlunun vəziyyəti ağır olduğu üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Onların ət yeməyi və ya paytaxt salatından zəhərləndiyi bildirilir.
Zəhərlənmənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.
Oxunub: 405
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib