32 cinayətin üstü “isti izlər”lə açılıb


11:45     02 May 2019 polis.jpg

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 34 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 446