4 otaqlı evdə yanğın


12:55     02 May 2019 yangin_38673636.jpg

Balakəndə 4 otaqlı ev yanıb.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun Mahamalar kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, eyvanının döşəməsi və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 302