Uşaqların 50-70%-i zorakılığın qurbanı olur
13:36 02 May 2019
"Dünyada uşaqların 50-70 %-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur"
Femida.az xəbər verir ki, bu fikirləri UNİCEF-də uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə Baş Regional Məsləhətçi Aaron Qrinberq V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən iclasda deyib.
Onun sözlərinə görə, erkən uşaqlıq inkişafına qoyulan sərmayələr öz töhfəsini yaxşı verir: "Hazırda bu sahələrə nəhəng sərmayələr yatırılır. Ancaq hələ də 4 milyon uşaq bu sahəyə çıxışı təmin edə bilmir. Sərmayələr uzun müddətli nəticələr əldə etmək üçün yatırılır".
A.Qrinberq qeyd edib ki, bir çox dövlətlərin apardığı tədqiqatlarda çoxlu sayda uşaqların zorakılığa məruz qaldıqları görünür.
"Cəmiyyətə izah edilməlidir ki, uşaqlara qarşı bütün zorakılıq növləri aşağı salınmalıdır".
Femida.az
Oxunub: 659
Oxşar xəbərlər
- Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- Uşaqların bu sahədə çalışdırılması qadağan edilir
- Uşaqların məktəbə gəlməsilə bağlı valideynlərə seçim imkanı veriləcək
- Uşaqların mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək
- Uşaqların doğulanadək cins seçiminin qarşısı alınacaq
- Uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirlər
- Uşaqların internata düşməsinin qarşısını belə də almaq olur
- Uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir
- Uşaqlarını görməyə gəldi, qayınatasını öldürdü... - Qubada baş verən qətlin təfərrüatı