İş adamının güllələnməsi kameraya düşdü -VİDEO


14:39     02 May 2019 19_05_02_1556793677.jpg

Türkiyədə iş adamına edilən silahlı hücumun görüntüsü yayılıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dənizlidə iş adamı Ercan Sert iş otağında olarkən silahlı şəxs ona hücum edib. Hadisə anı kameraya düşüb. Silahlı hücuma məruz qalan iş adamı əlindəki taxta xətkeşlə ona hücum edən şəxsi zərərsizləşdirib. Hadisəni törədən 23 yaşlı Doğan H. polis tərəfindən saxlanılıb. İş adamı iki güllə yarası alıb.




Açar sözlər:

Oxunub: 3620