Çovdarovun işçisi azadlığa çıxır


14:57     02 May 2019 2019/05/akif_covdarov_0321_1556794749.jpg

Həbs edilən MTN generalı Akif Çovdarovun işçisi olmuş və mütəşəkkil cinayətkar dəstə üzvü kimi onunla birgə ittiham edilən Akif Əliyevin cəzası azaldılıb.


Femida.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilən A.Əliyev kassasiya şikayəti verib. Ali Məhkəmə ona 1 il güzəşt edərək cəzasını 4 ilə endirib.

2015-ci ilin payızında həbs edilən A.Əliyevin bir neçə aydan sonra cəzası başa çatdığı üçün azadlığa çıxacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 464