Əlil işçilərə istədikləri vaxt məzuniyyət veriləcək
15:11 02 May 2019
Əlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq onlar üçün əlverişli vaxtda verilə bilər.
Bu barədə Femida.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsində növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir. Bu hüquq 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, müharibə veteranlarına, yaşı 18-dən aşağı olan işçilərə və Məcəllədə nəzərdə tutulan digər kateqoriyalardan olanlara da şamil olunur.
Eyni zamanda, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriliə bilər. Lakin bir sıra kateqoriyalardan olan işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.
Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.
Femida.az
Oxunub: 493
Oxşar xəbərlər
- Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- Əlilliyi olan bəzi şəxslər avtomobili nömrəsiz idarə edir - DYP
- Əlilliyi olan şəxslərlə bağlı qanuna dəyişiklik edildi
- Əlillərlə bağlı yeni qaydaların qüvvəyə minmə vaxtı uzadılıb
- Əlilliyin qiymətləndirilməsinin yeni meyarları məlum olub
- Əlilliyin müəyyən olunması üzrə yeni MEYARLAR
- Əlilliyi olan şəxslər TƏBİB-in binası qarşısında etiraz edib
- Əlillik təyinatı ilə bağlı yenilik - Nazir açıqladı
- Əlilliyə görə müddət bitirsə, əlillik ləğv olunurmu? - Hüquqi maarifləndirmə