Müəllim uşağı diz çökdürüb, torpağı öpdürdü - VİDEO


17:17     02 May 2019 2019/05/dee_1556803175.jpg


Rusiyanın Krasnodar vilayətində bağça müəlliminin şagirdə qarşı kobud davranışının görüntüləri yayılıb.

Femida.az xəbər verir ki, görüntülərdə müəllim uşaqdan zorla diz çökməsini və əyilib yeri öpməsini istəyir. Buna səbəb isə məktəblinin "mən Rusiyanı sevmirəm" deməsidir.

Uşaq müəllimin dediyini etmək istəməsə də, qadın müəllimə uşağı zorla diz çökdürür və torpağı öpməsini əmr edir:

"Dizlərinin üzərinə çök! Yeri öp! Yeri öp dedim, əclaf!"

Görüntüləri təqdim edirik:



Femida.az

Açar sözlər: #Rusiya   #müəllim   #uşaq  

Oxunub: 1207