Ekoloji qiymətləndirmə sənədlərinə yalan məlumatlar daxil edənlər cərimələnəcək


17:19     02 May 2019 prezident1_1500905288.jpg

Ekoloji qiymətləndirmə sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edənlər cərimələnəcək.

Femida.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Məcəlləyə yeni əlavə edilmiş 275.3-cü maddəyə görə, əraf mühitə təsirin qiymətləndirilməsi və ya strateji ekoloji qiymətləndirilmə sənədlərinə ƏMTQ üzrə qiymətləndirici tərəfindən bilə-bilə yalan məlumatların daxil edilməsinə görə - iki yüz əlli manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 509