Prezident Yaponiya İmperatorunu təbrik edib


17:44     02 May 2019 prezident1_1500905288.jpg

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik ünvanlayıb.


Femida.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Əlahəzrət,

Yaponiyanın 126-cı İmperatoru olaraq Taxta çıxmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 282