DİM SAT imtahanı keçirəcək


17:50     02 May 2019 2019/01/dim_yeni_1548059111.jpg

Mayın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.

DİM-dən Femida.az-a bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaq. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq və 3 saat 45 dəqiqə (fasiləsiz) davam edəcək.

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür: https://azvision.az/redirect.php?url=http://dim.gov.az/activities/exams/sat/

Femida.az

Açar sözlər:

Oxunub: 462