Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib
19:39 02 May 2019
Mayın 2-də Nazirlər Kabinetində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyətinə dair iclas keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi iclasda müvafiq dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
Baş nazirin müavini bildirib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısı tərəfindən verilən tapşırıqlar icra olunur, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində vacib addımlar atılır. Əli Əhmədov paytaxt ərazisində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binaların nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.
İclasda paytaxt ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda yoxlamalar aparan Fövqəladə Hallar Nazirliyinin arayışı dinlənilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu kateqoriyadan olan insanların kommunal problemlərlə üzləşməməsi üçün hazırda aidiyyəti qurumların komitə ilə birgə xüsusi komissiyanın tərkibində işlədiyini bildirib. Sədr komissiyanın artıq bir neçə binaya baxış keçirdiyini və mövcud vəziyyətlə bağlı rəy hazırladığını deyib.
Bu məsələnin dövlətimizin başçısının nəzarətində olduğunu vurğulayan Baş nazirin müavini komissiyaya qaçqın və məcburi köçkünlərin məskunlaşdığı binaların vəziyyəti, həmin binalarda elektrik və qaz xətlərində olan nasazlıqların aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı tez bir zamanda Nazirlər Kabinetinə məlumat verilməsini tapşırıb.
Oxunub: 468
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"