Şirvan sakini narkotikdən öldü


09:09     03 May 2019 meyit222.jpg


Şirvanda 44 yaşlı kişi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

Femida.az ONA-ya istinadən xəbər verir ki, hadisə saat 23:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində baş verib.

Şirvan sakini, 1975-ci il təvəllüdlü Yaqubov Rahim Mürvət oğlu narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Yaqubov Şirvan şəhər Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 430