Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü


09:39     03 May 2019 2019/05/meyit_yeni1-bicalanma_yeni_1556862498.jpg

Şəmkirdə güllələnmə olub.



Femida.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

Məlumata görə K. Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Femida.az

Açar sözlər: #Həbs   #Polis   #DİN   #Cinayət   #Qətl   #Ölüm   #Borc  

Oxunub: 1495