Bakı metrosunda oğlan qıza TƏCAVÜZ ETDİ - Qızın ürəyi getdi
09:57 03 May 2019
Dünən axşam 18:30 radələrində paytaxtın "İçərişəhər" metrostansiyasından "Həzi Aslanov" istiqamətində hərəkətdə olan qatarda iyrənc olay baş verib.
Femida.az Milli.Az-a istinadən xəbər verir ki, metrodakı sıxlıqdan istifadə edən 28-30 yaşlarında şəxs təxminən 20-21 yaşlarında olan qıza təcavüz edib.
Tələbə qız "Koroğlu"ya çatan qatarın qapıları açılanda "Get anana, bacına o hərəkəti elə" sözlərini yüksək səslə qışqırıb. "Manyak" qızın reaksiyasından dərhal sonra qatarın dayanmağından istifadə edərək, metronu tərk edib. Sinirdən əsən qızın ürəyi gedib. Digər sərnişinlər qızın dilinin qatlanmasının qarşısını almaq üçün xeyli əziyyət çəkiblər. Hadisə yerinə polis əməkdaşları gəlib. Sərnişinlərin və polislərin köməyi ilə qız platformadan çıxarılıb.
Hadisə şahidi olan qadınların Milli.Az-a verdikləri məlumata görə, olayın şahidi olan bəzi kişiər buna heç bir reaksiya verməyiblər.
Femida.az
Oxunub: 2157
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- Bakı metrosunda pis qoxu səbəbindən sərnişinlər təxliyə edilib
- Bakı metrosunda sərnişin vəfat edib
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Bakı metrosunun iki yeni stansiyasında tikinti işləri gedir
- Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq
- Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
- "Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb