Nazirlikdən qanunsuz balıq tutanlara XƏBƏRDARLIQ
10:44 03 May 2019
"Balıq ovu ilə məşğul olan şəxslərə bir daha bildiririk ki, qadağan olunmuş ov vasitələrindən istifadəyə son qoysunlar, balıq ehtiyatlarının məhvinə şərait yaradan hərəkətlərdən çəkinsinlər".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, brakonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında son aylar keçirilən birgə reydlər zamanı brakonyerlərdən qadağan olunmuş ov alətləri və müxtəlif növ balıqlar götürülüb. Qanun pozucuları barəsində 8607 manat məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında cinayət işi açılıb.
ETSN rəsmisi bildirib ki, qadağan olunmuş ov alətlərindən olan sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna, təəssüf ki, hələ də rast gəlinir: "Bir daha balıq ovu ilə məşğul olan şəxslərə bildiririk ki, qadağan olunmuş ov alətlərindən istifadəyə son qoysunlar, brakonyerlikdən çəkinsinlər. Ümid edirik ki, brakonyerlər görülən inzibati cəza tədbirlərindən, təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən xahiş edir ki, brakonyerlik halları ilə rastlaşdıqda dərhal nazirliyin 168 nömrəli "Qaynar xətt"inə məlumat versinlər.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- İstehlaka yararsız 1850 kq balıq məhsulu və alkoqolsuz içkilər məhv edilib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Neftçalada nəsli kəsilməkdə olan balıqları ovlayan şəxs saxlanılıb
- Salyanda brakonyerlərə qarşı reyd keçirilib, qanunsuz balıq ovunun qarşısı alınıb
- Azərbaycanda yaşayış binalarının ərazisində balıq satışı qadağan edilib
- Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər saxlanılıb
- Nərə balıqlarını satan şəxs cəzalandırılıb
- İndoneziyada balıqçıların qayıqları aşıb, 9 nəfər ölüb, 47 nəfər itkin düşüb