Qubada oğru iş başında yaxalandı


11:41     03 May 2019 hebs.jpg

Polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluq edən şəxs cinayət başında yaxalanıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, mayın 2-də gecə saat 2 radələrində Quba şəhəri ərazisindəki bazarın yaxınlığında dayanan “VAZ-21011” markalı avtomobildən maqnitofon oğurlayan şəxs ərazidə xidmət aparan Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Rayon Polis Şöbəsinə təhvil verilən həmin şəxsin rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ədalət Süleymanov olduğu müəyyən edilib. Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 298