Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir


14:47     03 May 2019 sumqayti%20qatari%20dayandi.jpg

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.


"Azərbaycan Dəmir Yolları" QSC-dən Femida.az-a verilən məlumata görə, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar sabah şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, saat 09-05-də yola düşən 6014 nömrəli, saat 09-50-də yola düşən 6016 nömrəli, saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 408